6 yaşlı “telefon terrorçusu”
14 iyun 2010 15:00 (UTC +04:00)

6 yaşlı “telefon terrorçusu”

İyunun 13-də saat 22.06 radələrində naməlum şəxs zəng edərək “Bomba var” deyərək dəstəyi asıb.


Lent.az DİN-in saytına istinadən xəbər verir ki, həyata keçirilmiş tədbirlər nəticəsində yalan məlumat verənin Bakı şəhər sakini. 6 yaşlı H.M. olması müəyyənləşdirilib.


Eyni gün saat 08.13 radələrində naməlum şəxs taksofondan zəng edərək metronun “Sahil stansiyasına bomba qoymuşam” deyərək dəstəyi asıb.


Müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.
# 259

Oxşar yazılar