Dünya çempionu qətlə yetirildi
14 iyun 2010 12:00 (UTC +04:00)

Dünya çempionu qətlə yetirildi

Rusiyanın Vladiqafqaz şəhərində Ümumdünya Boks Şurasının (WBC) versiyası üzrə gənclər arasında dünya çempionu Xetaq Kozayev qətlə yetirilib.



Lent.az-ın məlumatına görə, Şimali Osetiyanın hüquq-mühafizə orqanlarından hadisənin gecə klublarından birində baş verdiyi bildirilib.


İlkin informasiyaya əsasən, Kozayev münaqişə zəminində öldürülüb. Boksçuya travmatik və odlu silahdan atəş açıldığı güman olunur. O, xəstəxanada dünyasını dəyişib.

Faktla əlaqədar cinayət işi qaldırılıb.
# 477

Oxşar yazılar