Sabiq bələdiyyə sədrinə 8 il həbs cəzası
18 yanvar 2010 10:15 (UTC +04:00)

Sabiq bələdiyyə sədrinə 8 il həbs cəzası

O, dövlət əmlakını mənimsəyib

Yanvarın 18-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə külli miqdarda bələdiyyə vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən bələdiyyə sədrinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Astara rayonu, Ərçivan kənd sakini Mirzağa Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Astara rayonu, Ərçivan kənd bələdiyyəsinin keçmiş sədri M.Nuriyev bələdiyyə sədri olduğu dövrdə vəzifə səlahiyyətlərini aşaraq, kəndlilərə məxsus torpaqları qanunsuz olaraq satıb. O, həmçinin kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış vəsaiti də mənimsəyib.


M.Nuriyev 2009-cu ilin sentyabrında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.


Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (Vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.


Fərid Əkbərov
# 332

Oxşar yazılar