Ağdamda ailə faciəsi
Ağdamda baş verən ağır yol qəzasında ata və ana ölüb, iki azyaşlı uşaq ağır xəsarətlər alıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdam rayonun Xındırıstan kəndində baş verib. Ağdam rayon sakini, 1978-ci il təvəllüdlü Muxtarov Zahir Tahir oğlu idarə etdiyi VAZ 2106 markalı “Jiquli” avtomaşının sürət həddini aşma nəticəsində yol kənarındakı ağaclara çırpıb. Nəticədə Z. Muxtarov və həyat yoldaşı 1983-cü ildə anadan olmuş Muxtarova Bahar Manaf qızı ağır vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, yolda keçiniblər. Maşında olan digər sərnişinlər - sürücünün qardaşı Anar Muxtarov, sürücünün iki və üç yaşlarındakı qızları Nəzrin və Nərmin Muxtarovalar xəstəxanaya yerləşdiriliblər.
Həkim nəzarətində olan Anar Muxtarov hadisənin yüksək sürət ucbatından törədildiyini deyib. İlkin tibbi yardım göstərilən uşaqlardan birinin ağır kəllə-beyin travması aldığı bildirilir.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar yazılar

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 17 nəfər xəstəxanaya yerləşdirildi-YENİLƏNİB
20 iyul 2025 , 07:14
Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42