Türkmənlər və kürdlər İŞİD-ə qarşı
19 iyun 2014 11:06 (UTC +04:00)

Türkmənlər və kürdlər İŞİD-ə qarşı

İŞİD işğalı ilə qarşı-qarşıya qalan Tazehurmatu qəsəbə sakinləri Kərkükə qaçır. Lent.az-ın xəbərinə görə, 15 min insanın yaşadığı Kərkükün Tazehurmatu qəsəbəsində yollar və küçələr boşalıb, mağazalar bağlanıb.

 

Tazehurmatunun 5 kilometr cənubundakı Bəşir kəndinin İŞİD tərəfindən işğalından sonra minlərlə insan çıxış yolunu qaçmaqda görüb. Əksəriyyəti şiə türkmən olan Tazehurmatu sakinləri, uşaqlı böyüklü kürd peşmərgələrin nəzarətindəki Kərkükə qaçıb.

 

Tazehurmatudan qaçmış Fadimə Ahmet adlı sakin İŞİD ilə peşmərgələr arasında şiddətli döyüşlərin getdiyini bildirib: “İnsanlar silah səsi eşidən kimi narahat oldu və qaçmağa başladı”.

 

Kərkükün 15 kilometr cənubunda yerləşən kəndin ətrafında peşmərgə və polis gücləri İŞİD-in gözlənilən hücumuna qarşı müdafiə mövqeyindədir. Silahlanan 1000 türkmən könüllü də peşmərgələrə qoşulub.

 

Aşağıdakı videoda Tazehurmatu sakinlərinin qəsəbəni necə tərk etmələri görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794

Oxşar yazılar