Türkiyədə polisi öldürməkdə təqsirləndirilən azərbaycanlı həbs edilib. 36 yaşlı Mahir Şükürov İstanbulda bir evdə həyata keçirilən əməliyyat zamanı tutularaq Ədirnə şəhərinə aparılıb. Azərbaycanlı mafiya üzvünün tutulması üçün xüsusi qrup yaradılıb. Mahir Şükürov 11 günlük axtarışdan sonra həbs edilib. İyunun 9-da Ədirnə şəhərində “qanuni oğrular”ın toplantısı zamanı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq öldürülüb. “Rıjiy Albert” və “Zaur Naxçıvanskiy” ləqəbli avtoritetlər, Namiq, “Lyoxa İrkutskiy”, “Beso Rustavskiy” ləqəbli “qanuni oğrular” arasında atışma olub. Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün “Alber Rıjiy”ı Türkiyəyə “sxodka”ya çağırıb. Albert Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək “Beso” və “Lyoxa”nı qiyabi olaraq titullarından məhrum edib. Bundan sonra “qanuni oğrular” Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər. Opponentləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert kömək üçün “Rövşən Lənkəranskiy”ə müraciət edib və Rövşən kömək göstərməyə razılıq verib. Albert Ədirnəyə “Rövşən Lənkəranski”nin ad verdiyi Zaurla gedib. Ədirnədə onları “Beso”, “Lyoxa” və Namiq qarşılayıb. Orada Albertə artıq “qanuni oğru” olmadığı elan edilib və döyülüb. Nəticədə atışma olub, polis öldürülüb. Öldürülən polis Albertin mühafizəçisi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olub. “Albert Rıjiy”in hadisə yerindən qaçıb. Hadisə ilə bağlı 15 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir.

Oxşar yazılar

39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO
19 iyul 2025 , 19:22
Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 , 17:24
"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 , 11:30
Avropa Ittifaqının Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48