PKK-çıların Türkiyədən çıxarılma prosesi dayandırıldı
09 sentyabr 2013 12:53 (UTC +04:00)

PKK-çıların Türkiyədən çıxarılma prosesi dayandırıldı

PKK terror təşkilatının daxil olduğu KCK adlı konfederativ kürd təşkilatı (kürdcə: Koma Civaken Kürdistan – Kürdüstan Cəmiyyətlər Birliyi) PKK silahlılarının Türkiyə ərazisindən çıxarılması prosesinin dayandırıldığını elan edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, KCK Türkiyə hökumətinin “demokratikləşmə və kürd probleminin həlli məsələsində” addım atmaması səbəbiylə silahlı qrupların Türkiyədən çıxarılmasını dayandırdığını açıqlayıb.

 

Qeyd edək ki, PKK liderlərindən biri olan Cəmil Bayık ötən həftə Türkiyə hökumətinə lazımi addımların atılması üçün oktyabrın 1-nə qədər vaxt verdiklərini bildirmişdi: “İndiyə qədər heç bir addım görmədik. Bu, o mənaya gəlir ki, dövlət bu problemi həll etmək istəmir və müharibə tərəfdarıdır. Əgər bizə qarşı hərbi əməliyyatlar yenidən başlasa, özümüzü müdafiə edəcəyik. Əməliyyatlar güclənsə, Türkiyədən çıxardığımız və İraqın şimalına gələn silahlı qruplarımızı geri göndərəcəyik”. 

 

Xatırladaq ki, Türkiyə hökuməti ilə PKK-nın həbsdəki lideri Abdulla Öcalan arasında aparılan danışıqlarda kürd probleminin həlli ilə bağlı razılıq əldə edilmişdi. Bu razılıq əsasında A. Öcalan bu ilin mart ayında PKK-ya atəşin dayandırılması və terrorçuların Türkiyədən çıxarılması barədə çağırış edib. PKK rəhbərliyi bu çağırışa əməl edərək terrorçuları Türkiyədən çıxarmağa başlayıb və bu prosesə paralel olaraq Türkiyə hökumətindən kürdlərin siyasi və mədəni hüquqlarının təmin olunmasına yönəlmiş addımlar atmasını tələb edib. Ərdoğan hökumətinin son vaxtlar kürd məsələsində passiv davranması ölkədə yaxınlaşan bələdiyyə seçkiləri ilə əlaqələndirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41