Ukraynanın bu şəhərində bərpa işləri  başlayıb
20 may 2022 23:50 (UTC +04:00)

Ukraynanın bu şəhərində bərpa işləri başlayıb

Ukraynanın Xarkov şəhərində hərbi əməliyyatlar zamanı dağıdılmış infrastrukturun bərpasına start verilib.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, müharibə vaxtı binaların 30%-i dağılıb. İlkin mərhələdə müharibə nəticəsində yarımçıq qalan layihələr tamamlanacaq. Eyni zamanda az zərər görmüş evlər bərpa ediləcək. Yeni tikilən binalarda sığınacaqların tikilməsi əsas şərt kimi irəli sürülüb.

Xarkov Metropoliteni isə fəaliyyətə mayın 24-də başlayacaq. Hazırda mütəxəssislər və hərbçilər metroda təmir və təmizlik işləri həyata keçirilər. 

# 1944
avatar

Oxşar yazılar