Turist avtobusu qəzaya uğradı, ölən və yaralananlar var
07 dekabr 2022 05:11 (UTC +04:00)

Turist avtobusu qəzaya uğradı, ölən və yaralananlar var

Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə şəhər idarəsindən məlumat verilib.

Paytaxt Mexikoda avtobus dairəvi yolun ikinci səviyyəsinin dəstək dirəyinə çırpılıb.

Məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 55 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 42 nəfəri xəstəxanaya yerləşdirilib.

# 1572
avatar

Oxşar yazılar