Tbilisidə polis aksiyaya müdaxilə etməyə başladı -FOTO -VİDEO -YENİLƏNİB
29 noyabr 2024 23:27 (UTC +04:00)

Tbilisidə polis aksiyaya müdaxilə etməyə başladı -FOTO-VİDEO-YENİLƏNİB

Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.

Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.

***
22:44

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, - məlumatda deyilir.

***
20:07

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Ərazidə gərginlik hökm sürür.

Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789
avatar

Oxşar yazılar