Şimali Koreyada vəziyyət ağırlaşır - KORONAVİRUSA GÖRƏ
21 may 2022 05:52 (UTC +04:00)

Şimali Koreyada vəziyyət ağırlaşır - KORONAVİRUSA GÖRƏ

Ölkədə son 24 saatda 219 013 yoluxma faktı qeydə alınıb, 1 nəfərin həyatını itirib. 

Lent.az-ın xəbərinə görə, ümumi yoluxma sayı 2 milyon 460 min nəfərə çatır. İnfeksiyadan ümumi tələfat sayı 66-ya yüksəlib. Ötən həftə yüz minlərlə insanın yüksək hərarətdən şikayət edərək həkimə müraciət etməsi ölkə boyu nəhayət pandemiya həyəcanı yaradıb. Koreya Mərkəzi teleqraf Agentliyi bu cür hallara baxmayaraq, ölkədə istehsal fəaliyyətlərinin davam etdiyini bildirib.

Mütəxəssislər 25 milyondan çox əhalisi olan Şimali Koreyada tibbi avadanlıq və peyvənd çatışmazlığı səbəbindən böhranın yaranacağından narahatdır. Xəstəliyin nəzarətsiz yayılmasının daha ölümcül yeni mutasiyalara səbəb ola biləcəyi də vurğulanır.
 

# 1626
avatar

Oxşar yazılar