Rusiyanın Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ  - Son statistika
12 iyul 2022 17:43 (UTC +04:00)

Rusiyanın Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ - Son statistika

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 70 hərbçisi məhv edilib.

Lent.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Rusiya Silahlı Qüvvələri Ukraynada ümumilikdə, təxminən 37 470 nəfər şəxsi heyətini itirib.

Bu günə olan məlumata görə, Rusiya ordusunun 1 649 tankı, 3 829 zirehli döyüş maşını, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarəsi, 188 helikopteri, 676 PUA-sı, 155 qanadlı raketi, 15 gəmisi, 2 699 avtomobil texnikası və avtosisterni, 66 xüsusi texnikası sıradan çıxıb.

Rusiya ən böyük itkilərini Nikolayev vilayəti istiqamətində verib.
 

# 1668
avatar

Oxşar yazılar