Qaçırılan 6 yaşlı uşaq 73 il sonra  TAPILDI
24 sentyabr 2024 16:18 (UTC +04:00)

Qaçırılan 6 yaşlı uşaq 73 il sonra TAPILDI

1951-ci ildə ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində qaçırılan altı yaşlı uşaq 73 ildən sonra tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Luis Armando Albino parkda oynayarkən qaçırılıb. Bir qadın ona yaxınlaşıb və şirniyyat alacağına söz verib. Bununla da o, uşağı qaçıraraq Şərq Sahilinə gedib. Orada onu oğulları kimi böyüdüblər.

Uşağın axtarışına polis, yerli ordu bazasının əsgərləri, Sahil Mühafizəsi və şəhərin digər əməkdaşları cəlb olunsa da, heç bir nəticəsi olmayıb.

70 ildən artıq müddətdən sonra onu qardaşı qızı 63 yaşlı Alida Alekin tapıb. O,  təqaüdçü yanğınsöndürən və Vyetnamda xidmət edən Dəniz Piyadaları veteranı olduğu ortaya çıxan bir adamla 22 faiz uyğunluğu göstərən bir DNT testi edib.

Axtarışda köhnə fotoşəkillər və qəzet parçaları da istifadə olunub.

Federal Təhlükəsizlik Bürosu oğurluqla bağlı araşdırmaları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar