PKK Türkiyə sərhədçilərinə hücum etdi
07 fevral 2023 10:20 (UTC +04:00)

PKK Türkiyə sərhədçilərinə hücum etdi

PKK terrorçuları Türkiyə sərhədində təxribat törədib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "Tvitter"də məlumat yayıb.

"İnsanlıqdan nəsibini almayan terror təşkilatı PKK/PYD zəlzələni belə fürsət bilib Suriyanın Tell-Rıfaat bölgəsindən Öncüpınar sərhəd məntəqimizə qumbaratanla atəş edib. Bölmələrimizdə itki olmayıb, terrorçulara layiqincə cavab verilib", deyə paylaşımda bildirilib.

# 1722
avatar

Oxşar yazılar