Pirotexnika sexində  partlayış oldu,  ölənlər var
20 may 2022 05:33 (UTC +04:00)

Pirotexnika sexində partlayış oldu, ölənlər var

Meksikanın mərkəzindəki Puebla ştatında pirotexnika sexində güclü partlayış baş verib.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "El Universal" qəzeti yazıb.

Qeyd olunur ki, insident San Migel Sakaola bölgəsində baş verib. Partlayış sexin yaxınlığındakı bir neçə binaya ziyan vurub. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

2016-cı ilin dekabrında Meksikanın Tultepek bələdiyyəsində yerləşən böyük pirotexnika bazarı baş vermiş partlayış və yanğın nəticəsində məhv olmuşdur. O zaman faciədə 42 nəfər həyatını itimişdi, onlarla insan xəstəxanaya yerləşdirilmişdir.

# 1914
avatar

Oxşar yazılar