Odessada yaşayış binası  VURULDU,   14 nəfər  ÖLDÜ  - YENİLƏNİB
01 iyul 2022 08:45 (UTC +04:00)

Odessada yaşayış binası VURULDU, 14 nəfər ÖLDÜ - YENİLƏNİB

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Lent.az UNİAN-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 3-ü uşaq olmaqla daha 30 nəfərin yaralandığını bildirib.

Dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfər xilas edilib.

***

Saat 05:11

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.

Lent.az UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.

“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - deyə məlumatda deyilir.

Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.

İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.

# 1827
avatar

Oxşar yazılar