Narkoman ataya görə 2 uşaq yanaraq öldü
17 may 2022 01:23 (UTC +04:00)

 Narkoman ataya görə 2 uşaq yanaraq öldü

Hadisə Belçikanın Bize kommumasında baş verib.

Lent.az-ın xəbərinə görə, 5 nəfərlik ailənin yaşadığı evin damında ailə başçısı narkotik becərirmiş. 

Elektrik şəbəkəsində yaranan qısaqapanma zamanı binanın damı alışıb. Həmin vaxt 10 və 12 yaşlı qızlar da orda olub. Alov tez bir zamanda yayıldığı üçün uşaqlar xilas ola bilməyib. Hətta ata 2 dəfə cəhd etsə də, özü ciddi yanıq travması alıb. Uşaqlar alovda yanaraq can verib. Təhqiqat zamanı məlum olub ki, binanın damına çəkilən xətt qonşunun sayğacına qoşulubmuş.

İlkin dindirmədən sonra  ərlə arvad kommunanı tərk etməmək barədə iltizam verərək sərbəst buraxılıb.
 

# 1650
avatar

Oxşar yazılar