Məşhur aktrisadan etiraf:  “Narkotik qaçaqmalçılığı ilə məşğul olmuşam”
12 iyul 2022 13:40 (UTC +04:00)

Məşhur aktrisadan etiraf: “Narkotik qaçaqmalçılığı ilə məşğul olmuşam”

2018-ci ildə sənəti buraxdığını açıqlayan, lakin hazırda “Netflix” istehsalı olan komediya filmi ilə ekranlara qayıtmağa hazırlaşan məşhur amerikalı aktrisa Kemeron Diaz məşhurlaşmadan əvvəl narkotik alveri ilə məşğul olduğunu açıqlayıb.

Lent.az-ın məlumatına görə, “Second Life” podkastında danışan ulduz aktrisa 20 yaşında Fransanın paytaxtı Parisdə başına gələnlərdən danışıb.

O bildirib ki, doğulduğu Kaliforniya ştatında modellikdən qazandığı pulla Parisdə özünə mənzil almaq niyyətində olub. Lakin Parisdə model kimi uğursuzluqla üzləşən Diaz, istəmədən də olsa, narkotik qaçaqmalçılığı ilə məşğul olub. Belə ki, Parisə model olmaq ümidi ilə gedən aktrisa, bir müddət iş tapa bilməyib. Sonralar tapdığı iş isə çamadanlarla Mərakeşə əşyalar daşımaq olub. Lakin məşhur aktrisa daşıdığı əşyaların içində narkotik olduğunun fərqinə sonradan varıb.

O Mərakeşə çatanda səlahiyyətli şəxslər dayandıraraq çamadanını yoxlamaq istəyiblər:

“90-cı illər idi. Mərakeşə gedəndə sarışın, mavi gözlü bir qız idim. Hətta öz-özümə sual da vermişdim bu çamadanın içində nə var deyə. Ancaq Parisdə tapa bildiyim yeganə iş bu idi”. Kemeron Diaz bu işə bulaşdığı üçün peşman olduğunu da vurğulayıb.

# 1872
avatar

Oxşar yazılar