Mayın 6-da Bukinqem sarayında kral III Çarlzın tacqoyma mərasimi olacaq.
İndi Britaniyada kral ailəsinə rəğbət bəsləyən hər kəsi bir sual düşündürür: Meqan Markl və kralın oğlu Harri tacqoyma mərasiminə gələcəklərmi?
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Bukinqem sarayında yaşadığı günlər barədə qalmaqallı hekayələrindən kitab yazan Meqan Markl kral ailəsini özündən çox incik salıb.
Harri və həyat yoldaşı Meqan Markl 2019-cu ilin dekabrında Kraliça II Yelizavetanın televiziyada çıxışından sonra kral ailəsinin ali səviyyəli üzvləri vəzifələrindən istefa vermək və ABŞ-a köçmək qərarına gəliblər.
Xatırladaq ki, 2021-ci il aprel ayının 1-dən Harri və Meqan Markl Britaniya kral ailəsinin üzvləri kimi fəaliyyətlərini dayandırıblar. ABŞ-a köçmək, işləmək və bizneslə məşğul olmaq hüququ əldə etmək üçün onlar “Əlahəzrət kral” müraciətindən, hökumətin maliyyələşdirməsindən və “Sussex Royal” brendindən imtina ediblər.
Son zamanlar Meqan Markl şahzadə Keyt Midlton barəsində xoşagəlməz ifadələr işlətməsiylə də gündəmə gəlmişdi.
Cütlüyün təntənəli tacqoyma mərasiminə gəlib-gəlməyəcəyi hələlik sual altındadır.