Məktəb yaxınlığında  ATIŞMA:   Bir polis öldü
03 oktyabr 2022 22:33 (UTC +04:00)

Məktəb yaxınlığında ATIŞMA: Bir polis öldü

Ukraynanın Çernivts şəhərində naməlum şəxs məktəb yaxınlığında atəş açıb.

Lent.az REN TV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 yaşlı polis əməkdaşı öldürülüb.

Bildirilib ki, xeyli sayda yaralılar var.

Hazırda Vorobkeviç küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

İlkin versiyaya görə, hücum edən şəxs avtomatdan atəş açıb.

O, hadisəni törədəndən sonra ərazidən qaçıb.

Onun məktəb binasında gizləndiyi ehtimal edilir.

# 2718
avatar

Oxşar yazılar