Fotoreportyorun Qəzzadan çəkilişi gündəm oldu -FOTOLENT
02 noyabr 2025 10:40 (UTC +04:00)

Fotoreportyorun Qəzzadan çəkilişi gündəm oldu -FOTOLENT

1

Məşhur fotoreportyor Motaz Azaiza Qəzzadakı müharibədə bir çox səhnələrin şahidi olub.

Lent.az xəbər verir ki, CNN onun hadisə ilə bağlı lentə aldığı son kadrları paylaşıb.

107 gün ərzində o, ön cəbhədə fotojurnalist kimi çalışaraq, hava zərbələri zamanı dağıntıları lentə alıb.

Əsas media qurumları Qəzzanın içindən çəkiliş edə bilmədiyi üçün Azaiza, anklavdakı digər fələstinli jurnalistlər kimi, münaqişənin ilk günlərini özü lentə alıb.

Son iki ildə anklavdakı yerli səhiyyə rəsmilərinin məlumatına görə, 68 mindən çox insan öldürülüb və yaşayış binalarının 90 faizdən çoxu dağıldığı üçün əhalinin böyük hissəsi ölkə daxilində didərgin düşüb.

Azaiza sağ qaldığına görə özünü şanslı sayır: “Mənim həyatım indi ölmüş olmağımdan daha qiymətlidir”.

Azaiza hazırda Nyu-Yorkda yaşayır.

Qeyd edək ki, Qəzzada 240-dan çox jurnalist öldürülüb və Jurnalistləri Qoruma Komitəsinə görə, Qəzza jurnalistlər üçün indiyə qədərki ən ölümcül münaqişə zonasına çevrilib. İsrail isə jurnalistləri hədəfə aldığını inkar edir.

APA Motaz Azaizanın fotolarını təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 578

Oxşar yazılar