Böyük Britaniyada əqli qüsurlu şəxs ömürlük həbs cəzasına məhkum edilib və 34 ildən sonra bəraət alıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Oliver Kempbell 1990-cı ildə 19 yaşında ikən törətmədiyi bir mağaza sahibinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. İttiham cinayət yerinin yaxınlığında onun papağının tapılması və bir neçə saatlıq gərgin sorğu-sualdan sonra etirafa imza atmağa məcbur edilməsinə əsaslanıb.
Kempbellin indi 54 yaşı var və yalnız bu ayın əvvəlində apellyasiya məhkəməsi onun hökmünü etibarsız və günahsız hesab edib. Adam 11 ilini dəmir barmaqlıqlar arxasında keçirib və 2002-ci ildə azadlığa çıxıb. Lakin azadlığa çıxsa da, ölkədən çıxışına qadağa qoyulub və iş tapmaqda problem yaşayıb.
Məhkumluğunun ləğv edilməsinə baxmayaraq, Kempbell onu həbsxanaya salan əsl günahkar tapılmayana qədər özünü heç vaxt azad hiss etməyəcəyini əlavə edib.
Qeyd edək ki, Oliver Kempbell səkkiz aylıq olarkən ağır kəllə-beyin travması alıb və onda yaddaş pozğunluğu yaranıb. Onun zehni yeddi yaşındadır və IQ göstəricisi 73-dür.