Bir gündə  226 nəfər günvurmadan   xəstəxanya müraciət etdi
01 iyul 2022 06:02 (UTC +04:00)

Bir gündə 226 nəfər günvurmadan xəstəxanya müraciət etdi

Yaponiyada üçüncü gündür günvurmadan insanlar xəstəxanaya müraciət edib.

Lent.az NHK telekanlına istinadən xəbər verir ki, son sutkada 226 Tokio sakini günvurma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlardan 14 nəfərinin vəziyyəti ağırdır.

Yaponiyanın paytaxtında isti havanın davam etdiyi bir vaxtda yerli hakimiyyət orqanları əhalini kondisionerlərdən istifadə etməyə və bol su içməyə çağırır.

Cümə axşamı Tokioda havanın temperaturu 36 dərəcədən çox olub ki, bu da rekord göstərici sayılır.

# 999
avatar

Oxşar yazılar