ABŞ-da “Ən nifrət edilən adam” həbsdən çıxdı
19 may 2022 19:29 (UTC +04:00)

ABŞ-da “Ən nifrət edilən adam” həbsdən çıxdı

ABŞ-da “Ən nifrət edilən adam” kimi tanınan iş adamı Martin Şkreli həbsdən vaxtından əvvəl azad edilib.

Lent.az xəbər verir ki, bu barədə Federal Həbsxanalar Bürosu məlumat yayıb.

O, mayın 18-də Federal islah müəssisəsindən ictimai həbsxanaya köçürülüb. Bu o deməkdir ki, Şkreli ya ev dustaqlığında, ya da sosial reabilitasiya müəssisəsində saxlanılacaq.

Bildirilir ki, Şkreli sentyabrın 14-də həbsdən azad oluna bilər.

Onun vəkili Benjamin Brafman bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Şkreli texnoloji və əczaçılıq sənayesində şişirdilmiş qiymət artımı ilə investorları aldatmaqda ittiham olunub. 

İş adamına əczaçılıq sahəsində yenidən işləmək qadağan edilib və qanunsuz əldə etdiyi qazancın (64,6 milyon dollar) geri qaytarılması barədə qərar verilib.

# 2106
avatar

Oxşar yazılar