ABŞ-ın Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə məhbus edam edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, qətldə təqsirli bilinən Freddi Evqene Ouens öldürücü inyeksiya ilə (öldürücü iynə vurularaq) edam edilib. Eyni zamanda ştatın qubernatoru Henri Makmaster Ouensin əfv tələbini rədd edib.
Məlumata görə, əvvəllər Cənubi Karolina edamların sayına görə ştatlar arasında liderlərdən biri olsa da, müəyyən məqamlarda inyeksiya dərmanlarının əldə edilməsində problemlərlə üzləşib. Məsələ ondadır ki, əczaçılıq şirkətləri həmin dərmanın satışını səlahiyyətli orqanlara açıqlamaq istəməyiblər. Daha sonra dövlət edam dərmanlarının tədarükçüsünə sirr olaraq qalmasına icazə verən sərəncam verib.
Ouens 1997-ci ildə mağaza işçisini öldürməkdə təqsirli bilinib. Məhkəməyə qədər isə o, məhbus yoldaşını vəhşicəsinə qətlə yetirib. Sonra cinayətkarın qarşısına 3 edam növü qoyulub. O, öldürücü iynə vurma, elektrik stul və ya güllələnmə üsullarından birini seçməli idi. Adam daha sonra əyalət qubernatoruna əfv üçün müraciət etsə də, rədd cavabı alıb.