İranda edam cəzası alan azərbaycanlı qadın azadlıqda -
10 dekabr 2010 10:27 (UTC +04:00)

İranda edam cəzası alan azərbaycanlı qadın azadlıqda -

İranda ərinə xəyanətdə və onun qətlə yetirilməsində, eyni zamanda başı açıq şəkillərini yaymaqda ittiham olunaraq haqqında edam hökmü verilmiş Azərbaycan əsilli Səkinə Məhəmmədi-Aştiani azadlığa buraxılıb.

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İşgəncələr Əleyhinə Beynəlxalq Komitənin təmsilçisi Mina Əhədi məlumat verib.

O deyib ki, 43 yaşlı Səkinənin azadlığa buraxılması ilə bağlı İrandan məlumat alıblar və hazırda bu məlumatın rəsmən təsdiqlənməsini gözləyirlər.

Səkinin vəkili və oğlu da azadlığa çıxıb.

İtaliyanın xarici işlər naziri Franko Frattini isə artıq məsələyə münasibət bildirib və Səkinənin azadlığa buraxıldığı günü insan hüquqları baxımından “gözəl bir gün” adlandırıb.

Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Səkinə 2006-cı ildə zinada və həyat yoldaşının qətlində ittiham edilib. O, əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirib. Onlarla hüquq müdafiə təşkilatı, eləcə də bir çox ölkələr İran hökumətinin bu qərarını tənqid edib. Fransa prezidentinin xanımı Karla Bruni də Səkinəni müdafiə edənlər arasında olub.
# 1428

Oxşar yazılar