Tələbələr şahzadə və xanımına hücum ediblər
10 dekabr 2010 09:54 (UTC +04:00)

Tələbələr şahzadə və xanımına hücum ediblər

Böyük Britaniyada təhsil haqlarının yüksəldilməsinə etiraz edən tələbələr Londonda şahzadə Çarlz və onun xanımı Kamillin olduğu avtomobilə hücum çəkiblər.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, avtomobilə daş və boya dolu butulkalar atılıb.

Tələbələrin Londonda keçirilən etiraz aksiyasında 19 nəfər xəsarət alıb. Onların 8-i polisdir. 7 tələbə saxlanılıb.
# 515

Oxşar yazılar