Amerikada ilin ən yaxşı “bığlısı” - FOTO
09 dekabr 2010 21:59 (UTC +04:00)

Amerikada ilin ən yaxşı “bığlısı” - FOTO

Lent.az-ın “UPI”ya istinadən verdiyi məlumata görə, bu titulu Florida ştatının Orlando şəhərində yaşayın yanğınsöndürən Brayan Şits qazanıb.

Müsabiqədə Şitslə 17 nəfər mübarizə aparıb. Onların hamısını Amerika bığ institutu “bığlı həyat tərzinin təbliği və inkişafında göstərdiyi xidmətlərə görə” seçib. Orlandolu yanğınsöndürən “Fasebook”da “Bığlı Amerika yanğınsöndürənləri” qrupunu yaratdığına görə seçilib.

İnstitutun rəsmi saytında keçirilən səsvermənin nəticələrinə uyğun olaraq Brayan Hits resursu ziyarət edənlərin 22 faizinin səsini toplaya bilib. İkinci yeri kolumnist və bloqer Ceri Zezima tutub. 2009-cu ildə onun bığlarının 30 yaşı tamam olub.

Zezimanı 17 faiz dəstəkləyib. Üçüncü yer və 15 faz səs “Minesotta Tvins” beysbol komandasının oyunçusu Karl Povanoya qismət olub. Ümumiyyətlə səsvermədə 500 min adam iştirak edib.

Brayan Şitsə onun titulunu təsdiq edən sertifikat və 3 dollarlıq tac təqdim olunub.
# 656

Oxşar yazılar