İran Fars körfəzində kamikaze-kater donanması yaradır
09 dekabr 2010 23:07 (UTC +04:00)

İran Fars körfəzində kamikaze-kater donanması yaradır

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, katerin korpusu yüksək keyfiyyətli partlayıcılarla doldurulub. Katerləri İslam İnqilabını Mühafizə Korpusunun üzvləri sırasından “sevilmiş şəhidlər” idarə edirlər. Molla rejiminin yeni layihəsi barədə İranı tərk etdikdən sonra Qərb ölkələrində sığınacaq almış hərbi mühəndislərdən biri məlumat verib. Həmin mühəndis də belə katerlərin hazırlanmasında iştirak edib.


Artıq 9 mindən çox belə kater hazırlanıb. Əgər bu katerlər hərbi, yaxud mülki gəmiyə çırpılarlarsa, o halda gəminin korpusunda 7 metr diametrində deşik yaranacaq.
# 653

Oxşar yazılar