Cərrah 2 qayçını xəstənin qarnında unutdu
09 dekabr 2010 16:52 (UTC +04:00)

Cərrah 2 qayçını xəstənin qarnında unutdu

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, xəstələrdən biri həkimin onun qarnında 2 qayçını unutmasını əsas gətirərək 80.000 avro təzminat tələb edir.

2006-cı ildə kəskin ağrılarla xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunan 50 yaşlı anversli qadının qarnında həkimin daha əvvəl unutduğu 16 sm uzunluğunda 2 qayçı olduğu məlum olub.

Belə ki əməliyyatdan dörd ay sonra xəstə qarnında kəskin ağrılar hiss etməyə başlayıb və yenidən ümidsiz halda həkimə müraciət edib. Rentgen müayinəsi zamanı cərrahın səhvi ortaya çıxıb.

Bundan sonra xəstəni başqa bir həkim yenidən əməliyyat edib. Səhvini etiraf edən xəstəxana 5.000 avro təzminat ödəməyə razı olub. Xəstə isə məhkəmədən 80.000 avro tələb edir.

Vüqar
# 2784

Oxşar yazılar