Rus sürücülərin 25%-i yol polisi ilə “dil tapa” bilir
09 dekabr 2010 19:40 (UTC +04:00)

Rus sürücülərin 25%-i yol polisi ilə “dil tapa” bilir

Lent.az-ın “novgorodauto.ru” saytına istinadla xəbərinə görə, rəyi soruşulanların 25%-i bu il yol polisinə rüşvət verdiyini etiraf edib. Rüşvət verən kişilərin sayı isə qadınlara nisbətdə daha çox olub (27% və 14%).

Sorğuda iştirak edənlər polislərin aşkar surətdə pul istədiyini və ya eyham vurduqlarını bildirib. Polisə ən çox rüşvət verənlər isə 35 – 45 yaş qrupundan olan vətəndaşlardır. Rəyi soruşulan 1800 nəfərin 75%-i isə bu il bir dəfə də olsa polisə rüşvət vermədiyini bildirib.

Vüqar
# 1120

Oxşar yazılar