“Facebook” qurucusu sərvətinin yarıdan çoxunu xeyriyyəçiliyə xərcləyəcək
09 dekabr 2010 19:27 (UTC +04:00)

“Facebook” qurucusu sərvətinin yarıdan çoxunu xeyriyyəçiliyə xərcləyəcək

Dünyanın ən gənc milyarderi, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq öz sərvətinin yarıdan çoxunu xeyriyyəçilik işlərinə ayırmağa razılıq verib. Lent.az-ın “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, “Facebook” sosial şəbəkəsinin qurucusu “The Giving Pledge” xeyriyyə kampaniyasında iştirak edən 10 milyarderdən biridir və kampaniyada iştirak edəcəyi ilə bağlı sənədə imza atıb.

Bu kampaniyaya “Microsoft” şirkətinin qurucusu Bill Qeyts və maliyyəçi Uorren Baffet başlayıblar. Kampaniyada “America OnLine” şirkətinin həmtəsisçilərindən Stiv Keys, “Yahoo!”nun səhmdarlarından Karl İkan və maliyyəçi Maykl Milken iştirak edirlər. Onların arasında “CNN” teleşirkətinin qurucusu Ted Terner də var.
# 682

Oxşar yazılar