“WikiLeaks”ın tərəfdarları məşhur pul köçürmə sistemlərini çökürdürlər
09 dekabr 2010 11:02 (UTC +04:00)

“WikiLeaks”ın tərəfdarları məşhur pul köçürmə sistemlərini çökürdürlər

“Visa” ödəmə sistemi son 24 saatda “WikiLeaks” saytının qurucusunun müdafiəsinə qalxan hakerlərin hücumuna məruz qalıb. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, “Visa” bundan əvvəl “WikiLeaks” saytının fəaliyyət göstərməsi üçün yığılan pulları köçürmədən imtina edib.

Buna qədər “WikiLeaks” saytı ilə işləmədən imtina edən “Master Card” və “PayPal” pul köçürmə sistemləri də haker hücumlarına məruz qalıb. Bu hücumları təşkil edən hakerlər özlərini “AnonOps” qrupu adlandırırlar.

Qeyd edək ki, dekabrın 8-də İsveçdə “WikiLeaks” saytının qurucusu Culian Assancın cinsi zorakılığına məruz qaldığını iddia edən 2 qadını müdafiə edən vəkilin və Culian Assancın saxlanılması barədə İngiltərəyə sorğu göndərən İsveç prokurorluğunun saytı da haker hücumuna məruz qalıb.

Ötən bir sutka göstərib ki, “WikiLeaks” saytının qurucusunun tərəfdarı olan hakerlər proqnozlaşdırılandan daha böyük gücə və təcrübəyə malikdirlər.
# 461

Oxşar yazılar