Qatil köpək balığı Misirin başına bəla olub
09 dekabr 2010 10:24 (UTC +04:00)

Qatil köpək balığı Misirin başına bəla olub

Misir hökuməti Şarm-əl-Şeyx kurort şəhərinin çimərliklərində köpək balığının hücumuna məruz qalan hər bir turistə 50 min dollar ayırıb.

Lent.az-ın “Əl-Əhram” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Misirin turizm naziri Helmi Badir söyləyib.

Qeyd edək ki, qatil köpək balığı birinci hücumu zamanı rusiyalı Lyudmila Stolyarova, Olqa Martsenko, Yevgeni Trişkini yaralayıb. Onlar hazırda xəstəxanada müalicə alırlar. Köpək balığı almaniyalı yaşlı qadını isə öldürüb.
# 538

Oxşar yazılar