Pornosayta dizayn verdi, edam cəzasına məhkum edildi
09 dekabr 2010 02:15 (UTC +04:00)

Pornosayta dizayn verdi, edam cəzasına məhkum edildi

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarında qeyd olunur ki, “Səid Malekpur İslam Respublikasının təhlükəsizliyinə qarşı yönəlmiş aktiv hərəkət etdiyinə, bu məqsədlə pornosayt yaratdığına görə edam cəzasına məhkum edilib”.

Səid Malekpurun yaxınları bildiriblər ki, əslində Səid Malekpur yalnız məlumat bazasına nəzarətlə bağlı proqram yazıb, sonradan isə bu proqramdan başqaları onun xəbəri olmadan pornosayt yaratmaq üçün istifadə ediblər.

Qeyd edək ki, Səid Malekpur İran əsilli Kanada vətəndaşıdır. O, 2004-cü ildə Kanada vətəndaşlığını qəbul edib, 2008-ci ildə isə xəstə atasına baş çəkmək üçün İrana gəlib.
# 600

Oxşar yazılar