Ermənistan ordusunda daha bir ölüm
19 noyabr 2010 12:56 (UTC +04:00)

Ermənistan ordusunda daha bir ölüm

APA-nın “Aykakan Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Qexarkunis vilayətinin Çambarak şəhəri yaxınlığında yerləşən hərbi hissədə baş verən insident zamanı Robert Avetisyan adlı əsgər həlak olub.

Hüquq-mühafizə orqanları R. Avetisyanın güllə yaraları nəticəsində öldüyünü təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işinin qaldırılıb-qaldırılmadığı hələlik bəlli deyil. Ermənistan Müdafiə Nazirliyindən hadisənin təfərrüatlarından xəbərsiz olduqlarını bildiriblər.
# 558

Oxşar yazılar