NATO üçün önəmli sammit başlayır
19 noyabr 2010 10:32 (UTC +04:00)

NATO üçün önəmli sammit başlayır

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun sammiti başlayır. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sammitdə əsas müzakirə mövzusu Türkiyədə raket hücumundan müdafiə sistemlərinin qurulması, Rusiyanın NATO-nun raket hücumundan müdafiə sistemi planında iştirakı ilə bağlı olacaq.

Sammit başlamazdan öncə bəlli olub ki, NATO rəhbərliyi Ankaranın şərtini qəbul edib və raket hücumundan müdafiə sisteminin qurulması ilə bağlı strateji konsepsiyada İranın və başqa ölkənin adı düşmən qismində göstərilməyəcək. Bunu NATO baş katibi Anders Foq Rasmussen dilə gətirib. Türkiyənin radar bazasının harada qurulacağı ilə bağlı tərəddüdləri səbəbindən bu məsələ sammitdə müzakirəyə çıxarılmayacaq, problemin həlli növbəti toplantılara saxlanılacaq.

Lissabon sammitində əsas problemin NATO-nun Avropa Birliyi ilə müdafiə planı hazırlaması ilə bağlı yaşanacağı gözlənilir. Çünki Türkiyə Kiprin yunan kəsiminin də daxil olduğu bu layihəyə qarşı çıxır. Lissabon sammitində Türkiyənin bu əməkdaşlığa razılıq verməsi üçün Ankaraya təzyiqlər artacaq.

Sammitdə Əfqanıstandakı vəziyyət müzakirə olunacaq və ölkədə təhlükəsizliyin əfqan qüvvələrinə verilməsi təqvimi qəbul ediləcək.
Sammitlə bağlı Lissabonda təhlükəsizlik tədbirləri gücləndirilib. Portuqaliya paytaxtına 5 min iştirakçının gələcəyi gözlənilir.
# 446

Oxşar yazılar

SEPAH terror təşkilatı kimi tanınacaq? - İsraildən ÇAĞIRIŞ

SEPAH terror təşkilatı kimi tanınacaq? - İsraildən ÇAĞIRIŞ

16 aprel 2024 , 11:06
Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı

Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı

16 aprel 2024 , 07:22
ABŞ Ukraynaya dəstəyi  DAYNDIRIR?

ABŞ Ukraynaya dəstəyi DAYNDIRIR?

16 aprel 2024 , 04:52
Maşın dərəyə aşdı, ölənlər var

Maşın dərəyə aşdı, ölənlər var

16 aprel 2024 , 04:22
Atışma oldu, iki polis öldü

Atışma oldu, iki polis öldü

16 aprel 2024 , 01:30
Gürcüstanda vəziyyət gərginləşdi - VİDEO

Gürcüstanda vəziyyət gərginləşdi - VİDEO

15 aprel 2024 , 23:57
Trampa qarşı ilk cinayət işinin  məhkəməsi   başlayır

Trampa qarşı ilk cinayət işinin məhkəməsi başlayır

15 aprel 2024 , 18:14
Helikopter  qəzaya uğradı, azı üç nəfər öldü

Helikopter qəzaya uğradı, azı üç nəfər öldü

15 aprel 2024 , 08:22