“Əl-Qaidə” yəhudiləri öz dillərində təhdid etdi
19 noyabr 2010 10:18 (UTC +04:00)

“Əl-Qaidə” yəhudiləri öz dillərində təhdid etdi

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bəyanat “əl-Qaidə” terror təşkilatına yaxın bir internet saytında yayımlanıb.

Bəyanatı yəhudi dilində oxuyan qadın bildirib ki, yəhudilər Fələstin torpaqlarını tərk edənə qədər hücumlarla üzləşəcəklər.

İsrail kəşfiyyatının sabiq əməkdaşı Matti Steinberg deyib ki, “əl-Qaidə”nin yəhudi dilində müraciəti indiyə qədər görünməmiş bir durumdur. O, “Cemaat Ensar El Sünne” təşkilatının Qəzzada fəaliyyət göstərdiyini və “əl-Qaidə”yə bağlı olduğunu vurğulayıb.
# 527

Oxşar yazılar