Haitidə vəba üsyanı
19 noyabr 2010 10:02 (UTC +04:00)

Haitidə vəba üsyanı

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları vəba xəstəliyi ilə bağlıdır.

Haitililər hesab edirlər ki, məhz BMT sülhməramlılarının Nepaldan olan bir əməkdaşı Haitiyə vəba xəstəliyini gətirib. Nümayişçilər BMT sülhməramlılarına hücum çəkiblər. Sülhməramlılara hücum çəkən və barrikada quran nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazlardan istifadə edib.

Qeyd edək ki, indiyə qədər vəba Haitidə 1100 nəfərin həyatına son qoyub.
# 501

Oxşar yazılar