Təyyarədə ağlagəlməz olay
18 noyabr 2010 22:15 (UTC +04:00)

Təyyarədə ağlagəlməz olay

Bu gün Rusiyada Omsk-Vladivostok reysi ilə uçan təyyarədə 23 yaşlı Omsk sakini aləmi qarışdırıb. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, uçuş zamanı sərnişin paltarını soyunub və qışqıra-qışqıra salonda qaçmağa başlayıb.

23 yaşlı oğlanı yalnız təyyarə Krasnoyarskda yanacaq doldurmaq üçün enən vaxt sakitləşdirmək və paltarını geyindirmək mümkün olub.

Krasnoyarsk vilayətinin milis idarəsindən bildirilib ki, gənc oğlan paltar geyinməyi qəti surətdə rədd edib. Milisin protokol yazması da onun vecinə olmayıb və həkimlər yardıma çağırılıb. Həkimlərin sakitləşdirərək geyindirdiyi həmin şəxs hazırda Krasnoyarsk Ruhi Əsəb Xəstəxanasında nəzarət altındadır. Həkimlər onda ciddi ruhi-əsəb pozuntusu aşkarlayıblar.
# 494

Oxşar yazılar