“Hollivud”un məşhur piar meneceri güllələnib
18 noyabr 2010 18:15 (UTC +04:00)

“Hollivud”un məşhur piar meneceri güllələnib

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, 64 yaşlı xanım piar meneceri noyabrın 17-də Ker və Kasen Aguileranın baş rollarda çəkildiyi “Burlesque” filminin nümayişinə qatılıb.


Mərasimi tərk etdikdən sonra “Mersedes” markalı avtomobilinə əyləşən Ronni Kasen evinə gedərkən yolda hücuma məruz qalıb. Avtomobili idarə edən Ronni Kasenin sinəsinə 5 güllə vurulub. Avtomobil ağaca çırpılaraq dayanıb. Polislər ağır durumda olan Ronni Kaseni xəstəxanaya apararkən yolda keçinib.


“Hollivud” onun ölüm xəbərindən şoka düşüb. Məşhur aktyor Morgan Freeman deyib ki, Ronni Kaseni hər zaman xatırlayacaq.
# 527

Oxşar yazılar