Qurban bayramında namaz qılan müsəlmanları yumurtaya tutublar
18 noyabr 2010 16:21 (UTC +04:00)

Qurban bayramında namaz qılan müsəlmanları yumurtaya tutublar

Noyabrın 16-da Afinanın mərkəzi meydanlarından birində Qurban bayramı münasibəti ilə namaz qılan müsəlman-immiqrantlara yumurta atılıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, müsəlmanları onlarla afinalı yumurtaya tutub.


Afinanın bir neçə yerli sakini Yunanıstan bayrağını qaldırıb, öz eyvanlarından müsəlmanlara rişxənd edib, meydana müsəlmanların murdar saydıqları donuzun şəkli olan vərəqlər atıblar.


Banqladeşdən olan 30 yaşlı miqrant deyib ki, meydanın yaxınlığında qeyri-rəsmi fəaliyyət göstərən məscidləri var, ancaq ora getməyə qorxurlar: “Bəzən qonşuluqda yaşayan yunanlar bizi ölümlə hədələyirlər”.


Bu meydan yaxınlığındakı binalardan birində yaşayan 35 yaşlı yunan isə əksinə, müsəlmanlardan qorxduqlarını söyləyib: “35 ildir ki, burada yaşayıram. Ancaq indi müsəlman-miqrantların axını ilə əlaqədar buradan köçməyə hazırlaşıram”.


Afina Universiteti yaxınlığındakı digər meydanda isə 2 min müsəlman sakit şəraitdə bayram namazı qılıb.


Hazırda Yunanıstanda 1 milyona yaxın müsəlman yaşayır, ancaq onların indiyə qədər 1 qanuni məscidləri belə yoxdur. Buna görə də müsəlmanlar dini bayramlar vaxtı mədəniyyət mərkəzlərində, yaxud şəxsi evlərdə namaz qılmaq məcburiyyətində qalırlar. Yunanıstan hakimiyyəti az əvvəl paytaxt yaxınlığında bir məscidin tikintisinə razılıq verib.
# 879

Oxşar yazılar

ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

24 aprel 2024 , 05:43
Rüşvət almaqda  şübhəli bilinən nazir müavini SAXLANILDI

Rüşvət almaqda şübhəli bilinən nazir müavini SAXLANILDI

23 aprel 2024 , 22:34
Türkiyə millisinin futbolçusu üçüncü dəfə qarət olundu

Türkiyə millisinin futbolçusu üçüncü dəfə qarət olundu

23 aprel 2024 , 21:58