Keçi ilə cinsi əlaqəyə görə orijinal cəza
18 noyabr 2010 19:41 (UTC +04:00)

Keçi ilə cinsi əlaqəyə görə orijinal cəza

Fransanın Niort əyalət məhkəməsində baş tutan prosesdə hakim maraqlı bir qərar verib. Lent.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs 150 avro cərimə verməli, keçi sürüsünün sahibinə isə 2600 avro təzminat ödəməlidir. Bundan əlavə o, heyvanların hüquqlarının qorunması ilə məşğul olan 5 təşkilatın hər birinə simvolik olaraq 1 avro kompensasiya ödəyəcək. 5 ay şərti olaraq azadlıqdan məhrum edilən zoofil ömrü boyu ev heyvanı saxlamaq hüququndan da məhrum edilib.

Bir il əvvəl keçi sürüsünün sahibi tez-tez ölüm hallarının baş verməsinə görə baytarlara müraciət edir. Yoxlamalar heç bir nəticə vermədikdə isə o, polisə şikayət edir. Ərazidə izləmə aparan polis ertəsi gün zoofil qocanı iş başında yaxalayır. Dindirmə vaxtı qoca dəfələrlə bu sürüyə güzar etdiyini boynuna alıb.
# 930

Oxşar yazılar