Polyaklar yenə rusları qəzəbləndirdilər
18 noyabr 2010 14:53 (UTC +04:00)

Polyaklar yenə rusları qəzəbləndirdilər

Noyabrın 17-də Polşanın paytaxtı Varşavadakı qəbiristanlıqda sovet hərbçilərinin xatirəsinə ucaldılmış abidənin üzərinə qırmızı boya atılıb.

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, abidənin üzərinə qırmızı boya ilə “Donald Tusk, biz Smolensk olayı barədə həqiqəti bilmək istəyirik!” sözləri də yazılıb.

Polis bildirib ki, abidənin yaxınlığında müşahidə kamerası olsa da, həmin şəxslərin üzləri kameraya düşməyib.

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi bu ilin yayında Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya düşüb. Lex Kaçinskinin qardaşı Yaroslav Kaçinski başda olmaqla, polyakların bir qismi təyyarə qəzasında rusları günahkar sayır.
# 456

Oxşar yazılar