Erməni sahibkarı və ailə üzvlərini döyərək soyublar
18 noyabr 2010 14:25 (UTC +04:00)

Erməni sahibkarı və ailə üzvlərini döyərək soyublar

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan 27 yaşlı erməniyə yaşadığı binanın dəhlizində üzü maskalı 3 nəfər hücum çəkib.

Bıçaqla ermənini hədələyən maskalılar onu mənzilin qapısını açmağa məcbur ediblər. Maskalılar mənzilin qapısı açılandan sonra sahibkarı, onun 27 yaşlı bacısını, 53 yaşlı anasını və anasının 48 yaşlı rəfiqəsini döyməyə və zinət əşyaları ilə pulun yerini deməyi tələb etməyə başlayıblar.

Qorxuya düşən sahibkar evdəki zinət əşyalarını və pulu onlara verib. Erməniyə ümumilikdə, 4,5 milyon rubl ziyan dəyib. Aradan çıxan soyğunçular axtarılır.
# 595

Oxşar yazılar