Lujkov universitetdə dərs deyəcək
05 oktyabr 2010 17:28 (UTC +04:00)

Lujkov universitetdə dərs deyəcək

Lent.az-ın ali məktəbin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lujkovun oktyabrın 1-dən bu vəzifəyə təyin olunması ilə bağlı əmri Moskvanın daha bir keçmiş meri, ali məktəbin prezidenti Qavriil Popov imzalayıb.

Beynəlxalq Universitetin mətbuat xidmətindən bildiriblər ki, Lujkov artıq oktyabrın 5-də işə çıxıb və iş kabineti ilə tanış olub.

İri şəhərlərin idarə edilməsi fakültəsi 2002-ci ildə Lujkovun təşəbbüsü ilə yaradılıb. O zaman mer fakültənin elmi rəhbəri və ali məktəbin fəxri professoru olub. Lujkovun bu vəzifəyə təyin edilməsinə – oktyabrın 1-nə kimi fakültənin dekanı postunu Moskva hökumətinin Federasiya Şurasındakı təmsilçisi Oleq Tolkaçov olub.

Beynəlxalq Universitetin əsası SSRİ və ABŞ prezidentləri Mixail Qorbaçov və böyük Corc Buş birgə ali məktəb yaratmaq barədə razılığa gələndən sonra qoyulub. Onun təsis edilməsi barədə sənədləri 1991-ci ildə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin imzalayıb.
# 578

Oxşar yazılar