İndoneziya prezidenti Hollandiyada həbs olunacaqmış!
05 oktyabr 2010 21:14 (UTC +04:00)

İndoneziya prezidenti Hollandiyada həbs olunacaqmış!

İndoneziya prezidenti Susilo Yudhoyononun sabah başlayacaq Hollandiya səfəri ləğv edilib.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, buna səbəb Susilo Yudhoyono haqqından insan haqları pozuntuları səbəbilə Haaqa Məhkəməsinin çıxardığı həbs qərarı olub.

Hollandiyanın baş naziri Yan Peter Balkenende Susilo Yudhoyononu arayaraq həbs qərarını xatırladıb və “gəlsən, həbs edilə bilərsən” deyərək xəbərdarlıq edib.

Qeyd edək ki, Hollandiyada sürgündə qurulan Cənubi Moluskas Respublikası prezidenti Con Vattilett İndoneziyada insan haqlarının pozulması iddiasıyla Yudhoyono haqqında cinayət işinin açılmasını tələb edib. Məhkəmə Yudhoyono haqqında həbs hökmü çıxarıb.

Mokuskaslar İndoneziyanın 1945-ci ildəki müstəqillik mübarizəsi zamanı Hollandiyanın yanında yer alıblar. Hollandiya müharibəni uduzaraq müstəmləkə siyasətindən əl çəkdikdən sonra isə Kraliçanın icazəsi ilə Hollandiyaya gətiriliblər.
# 598

Oxşar yazılar