210 uşağı olan kişi öldü
05 oktyabr 2010 16:45 (UTC +04:00)

210 uşağı olan kişi öldü

Lent.az-ın İtaliyanın “Karriere della Sera” qəzetinə istinadən verdiyi xəbərə görə, Danger ilk dəfə 1939-cu ildə ailə qurub. 130 dəfə evlənən mərhum 30 dəfə boşanıb. Bu rəqəmlərlə həm də “Ginnesin rekordlar kitabı”na düşən Danger sonuncu dəfə 1997-ci ildə 79 yaşında 18 yaşlı bir qızla evlənib.

Akuku Dangerin oğlu Toç isə atasının övladlarından yalnız 40-ın məxsus olduqları Luo qəbiləsinin qanunları ilə qeydə alındığını deyib. Digər uşaqların adları isə heç bir yerdə qeyd olunmayıb.

Evlənməkdən doymayan Danger Akuku isə ölməmişdən bir gün əvvəl nəvələrini başına yığaraq onlara cavanlığından danışıb: “Həmişə cavan və gülərüz olmuşam, heç bir qadın mənim cazibəm qarşısında cavabsız qala bilmirdi. Həmişə istədiyimi ağılla etmişəm, ona görə də xoşbəxtəm”.
# 800

Oxşar yazılar