Müəzzinə iradına görə 18ay iş
18 oktyabr 2012 21:58 (UTC +04:00)

Müəzzinə iradına görə 18ay iş

Türkiyədə tanınmış pianoçu və bəstəkar Fazil Say oktyabrın 18-də küfr ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İttihama görə o, namaza çağıran müəzzinin bir dəfə azanı yalnız 22 saniyə oxumasını özünün Twitter hesabında belə yazıb: "Hara gedirsən, qadın yanına yoxsa, stolun üstündə rakı qalıb, ora tələsirsən?"

Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanların bu ilin iyununda bu ifadəsinə görə onu « dini dəyərlərin təhqiri, nifrət və düşmənçilik salmaq»da ittiham edərək, pianoçuya qarşı cinayət işi açıblar.

Bu ittiham sübut olunsa, Fazil Saya 18 ay iş kəsilə bilər.

Məhkəmə binasının qarşısına Fazil Sayın pərəstişkarları və sənətçi dostları da onu dəstək üçün toplaşıblar. Onlardan biri aktyor Rutkay Əziz ittihamları ifadə azadlığının pozulması kimi qiymətləndirib:

- Fazilin ittiham olunması kimi bir düşüncənin özü suçdur. Onu pianosu, bəstələri ilə dünyaya buraxacaqsan, konsertlərini verəcək, biz də kənardan bunu alqışlayacağıq. Dövlətin üzərinə düşən iş budur.

Fazil Say özü ittihamları rədd edir. Məhkəmə gələn il fevralın 18-ə qədər təxirə salınıb.

Fazil Say Berlin və Nyu-York orkestrlərində çıxış edir. O, həmçinin Avropa Birliyinin mədəniyyət səfiri kimi də çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41