ABŞ səfirliklər ətrafındakı vəziyyəti izləmək üçün xüsusi qrup yaradıb
ABŞ administrasiyası ölkənin səfirlikləri ətrafındakı vəziyyəti izləmək üçün xüsusi qrup yaradıb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, buna səbəb bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində ABŞ səfirliklərinə hücumlar edilməsidir.
Son günlər “Müsəlmanların məsumiyyəti” adlı filmin yayılmasından sonra bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində nümayişlər keçirilib və ABŞ səfirliklərinə hücumlar olub. O cümlədən Liviyanın Benqazi şəhərində ABŞ konsulluğunun qranatomyotdan atəşə tutulması nəticəsində ABŞ-ın bu ölkədəki səfiri Kris Stivens, səfirliyin informasiya departamentinin əməkdaşı Şon Smit və iki keçmiş xüsusi təyinatlı həlak olub.
“ABŞ administrasiyası günün 24 saatında səfirliklərin təhlükəsizliyi ilə bağlı vəziyyəti izləyəcək və zəruri koordinasiyanı təmin edəcək xüsusi qrup yaradıb. Qrup bütün dünyada ABŞ vətəndaşlarının müdafiəsi üçün səfirliklərlə işləyəcək” – deyə ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama ölkənin səfirliklərində təhlükəsizlik rejimini gücləndirmək barədə göstəriş verib və amerikalıları müdafiə etmək üçün hər şey edəcəyini vəd edib. Pentaqon isə səfirliklərə hücumdan sonra dəniz piyadalarının sayını artırmaq haqqında qərar qəbul edib. Artıq Liviya, Yəmən və Sudana dəniz piyadalarının əlavə bölmələri göndərilib.

Oxşar yazılar

Tramp: Sabah Azərbaycan, Ermənistan və ABŞ üçün tarixi gün olacaq
8 avqust 2025 , 03:29
Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
7 avqust 2025 , 15:37
İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00
Qanada helikopter qəzası: iki nazir həlak oldu
6 avqust 2025 , 21:02
Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub
6 avqust 2025 , 18:17